Ana içeriğe atla

Kayıtlar

Rüfət Alanqu - Qısa hekayələr yazarı,SMM

Rüfət Alanqu (əsl adı: Rüfət Abbasov) — Azərbaycanlı qısa hekayə yazarı və rəqəmsal məzmun üzrə müəllifdir. Onun yaradıcılığı insan psixologiyası, nostalji və gündəlik həyatın bədii təsviri ilə seçilir. Eyni zamanda sosial media marketinqi sahəsində yazdığı "SMM: Rəqəmsal Dünyanın Kodları" adlı elektron kitabın müəllifidir. Həyatı və yaradıcılığı Rüfət Alanqu Azərbaycan Respublikası Lənkəran rayon, Liman şəhərində anadan olub.Yazıçılıq fəaliyyətinə şəxsi blogunda başlayıb və zamanla müxtəlif ədəbi sayt və elektron dərgilərdə hekayələri yayımlanıb. Onun əsərlərində fərdi təcrübələrlə bəşəri mövzular arasında bədii əlaqə qurulur. Əsərləri Qırmızı Şərf -  Yazarlar.az  ədəbi platformasında dərc olunub Köhnə Saat — paralel.az saytında yayımlanıb. Unudulmuş Keçmiş — losman.ru platformasında dərc olunub. Sonuncu Stansiya — Türkiyənin dergizan.com ədəbi dərgisində çap olunub. Fəaliyyəti Rüfət Alanqu özünün idarə etdiyi rufatabbasov.blogspot.com adlı şəxsi blog vasitəsilə hekayələrini...
En son yayınlar

Zaur Ustac: Vətənə həsr olunmuş ömür

Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur Ustac 1975-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər 2019-2020-ci təris ilindən etibarən məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq olunur.. Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isə Yazarlar. az saytı idarəçiliyindədir. Zaur Ustacın əsərlərinin 2011-ci...

Şeirləriniz Danışsın,Oxusun,İzlənilsin!

Sözləriniz təkcə kağızda qalmasın… Şeirlərinizi unudulmaz musiqiyə, peşəkar səsləndirməyə və xüsusi video kliplərə çeviririk! İstər sevgi, istər dərd, istər ilham dolu misralar – biz onları duyğulu və sənətkarlıqla dolu əsərlərə çeviririk. Təklif etdiyimiz xidmətlər: Şeirin Mahnıya Çevrilməsi (bəstə və vokal) – 30 AZN Peşəkar Səsləndirmə (səs aktyoru ilə) – 15 AZN Şeirə Uyğun Video Hazırlanması (vizual montaj və dizayn) – 10 AZN Xüsusi təklif : Facebook dostlarıma xüsusi ENDİRİM fürsəti! -- Nümunə üçün youtube səhifələrimizə göz atın!  Şeirlərin Səsləndirməsi Şeirdən Mahnıya Playlist Ödəniş xidmətin başlanmasından əvvəl alınır, Siz də öz şeiriniz rəng qatmaq istəyirsizsə,sadəcə  Mənimlə Əlaqə Saxla   Əsas Səhifə   SMM Xidmətləri   Şeirdən-Mahnıya Xidməti    Bloq-Saytların hazırlanması Mənimlə Əlaqə Saxla!

Ömrün Nağılı :Gülər Natiq İsaqzadədən incə bir şeir

Bəzən duyğularımızı sözlərlə ifadə etmək çətindir. Gülər Natiq İsaqzadə isə bu çətinliyi məharətlə aşan şairlərdəndir. Onun "Ömrünü uzatmağa gəlmişdim mən bəlkə də" misrasıyla başlayan bu əsəri, insanın daxili dünyasını, hisslərin incəliyini və tənhalığın sükutla danışan səsini ustalıqla əks etdirir. Bu şeirdə xatirələrin xiffəti, sevgiyə həsrət qalan ürəyin çırpıntıları və həyatın öz içindəki qəribə ahəngi var. Hər misra oxucunu öz dünyasına çəkir və hər kəs bu sözlərin içində özünü tapa bilər. Şairənin yaratdığı bu duyğusal atmosferi hiss etmək üçün şeiri oxuyun, xatirələrinizə səyahət edin və sətir aralarındakı pıçıltılara qulaq asın „Ömrünü uzatmağa gəlmişdim mən bəlkə də“... Asılar yaddaşından gilənar tana kimi Ovuclarına körpə xatirələr yığılar.  Oyadarsan xəfifcə səhər azana kimi Sanki illlərdi yatmış bir duyğu səndən küsər... Saçının dalğaları barmağına dolanar, Bu sərt havaların da acığına gün doğar. Düyünlü nə urdusa, sinəndə durulanar, Kəsik-kəsik nəfəsin hıçqırıql...

Qara Gecənin Sirri-Rüfət Abbasov

Dekabrın 25-i. Bakı aeroportunda bir qrup insan öz yaxınlarını yola salırdı. Hər kəs təyyarənin mühərrik səsinə qarışan vidalaşma sözləri ilə ayrılırdı. Eyni zamanda, təyyarə göyərtəsində olan 67 nəfər ümidlər və qorxularla dolu yola çıxmağa hazırlaşırdı. Təyyarə havaya qalxdı. Hər şey adi görünürdü – sakit kabin, sərnişinlər arasında gündəlik söhbətlər, pəncərədən görünən parlaq ulduzlar. Amma havada qeyri-adi bir gərginlik vardı, sanki gecənin içində bir sirr gizlənmişdi. Qroznıya yaxınlaşan zaman duman qalınlaşdı, pilot marşrutu dəyişərək Aktauya yönəldi. Kabinada olan sərnişinlər bir-birinə baxıb sakit qalmağa çalışırdılar, amma gərginlik artırdı. Bir anlıq səssizlikdən sonra kabinaya pilotun səsi yayıldı: Hörmətli sərnişinlər, təhlükəsizlik səbəbindən Aktauya enirik. Narahat olmayın, hər şey nəzarət altındadır. Amma çox keçmədi ki, təyyarənin gövdəsində qorxunc bir partlayış baş verdi. Təyyarə sarsıldı, insanlar çığırmağa başladı. Maskalar aşağı düşdü. Pilotlar nə qədər çalışsalar...

Tofiq Həsənlinin Qələmindən: "Anamın ətri gəlir" şeiri

Ananın sevgisi, onun ətri, hər anı həyatımızın ən dəyərli hissəsidir. Tofiq Həsənlinin "Anamın Ətri Gəlir" adlı şeiri, bu müqəddəs məhəbbəti və xatirələri mükəmməl şəkildə əks etdirir. Şair, öz anasının yadigarı olan hər bir ətrin, hər bir xatirənin dərindən necə canlanıb ruhunda yaşadığını təsvir edir. Bu şeir, yalnız sözlərin gözəl bir birləşməsi deyil, həm də insanın ən müqəddəs əlaqəsi olan ana ilə bağlı duyğuların şeirə dökülmüş formasıdır. Şeirinin hər bir misrası, həyatın müxtəlif dövrlərində anadan gələn xatirələrə, göz yaşlarına, hətta kədərə, amma hər zaman ana sevgisinin necə öz ətrini hiss etdirdiyini göstərir. Həsənlinin ustalığı ilə yazılmış bu şeir, oxucunu ananın ətrini, hər bir əşyanın, hər bir xatirənin təzədən ruhlandırdığı anları hiss etməyə çağırır. Hər birimizdə dərin izlər buraxacaq həmin şeiri Sizlərə təqdim edirəm: Anamın ətri gəlir. Onun xatirəsidir ömrümün yazı,yayı, Payızından,qışından anamın ətri gəlir. Aradabir xəlvətə çəkilib ağlayıram, Gözlərim...

Tik-tokun şirin tələsi-Rüfət Abbasov

Rəna 21 yaşlı gənc bir qız idi. Həvəskar rəssam kimi tanınırdı və uşaqlıqdan bəri fırçası ilə xəyalını çəkirdi. Rənglərin harmoniyası onun üçün sözlərin ifadə edə bilmədiyi duyğuları çatdırmaq vasitəsi idi. Lakin bir gün, rəssamlığı ilə diqqət çəkmək məqsədilə TikTok-a qoşulmağa qərar verdi. Əvvəllər sadə və incə videolar paylaşırdı: çəkdiyi rəsm əsərləri, studiyasının sakit ab-havası... Lakin izləyicilər çox yavaş-yavaş artırdı. O, dostlarının məsləhəti ilə yeni, daha "trend" məzmun hazırlamağa başladı. Məşhur rəqslər, mahnılar, gündəm olan səslər... Onun paylaşımlarına şir simvolları ilə "hədiyyələr" göndərən izləyicilər çoxalırdı. Bu "şir"lər ona pul qazandırırdı. Bir gün bir izləyicisi ona mesaj yazdı: "Rəna xanım, sizin rəqsləriniz möhtəşəmdir. Mən sizin böyük pərəstişkarınızam. Gəlin sizi otelə çay içməyə dəvət edim. Şir göndərəcəm!" Rəna tərəddüd etdi, lakin qəbul etdi. Otel dəvəti onun üçün sadəcə bir təcrübə kimi görünürdü. Axşam saatlar...

Peşəkar Bloq Saytı Xidmətləri – Fərqli Paketlər və Uyğun Qiymətlər"

 Bloq yaratmaq istəyənlər üçün peşəkar xidmətlər təklif edirik! Bloq saytınızın həm funksional, həm də estetik cəhətdən mükəmməl olması üçün bütün mərhələlərdə dəstək veririk. Xidmətə aşağıdakılar daxildir: 1. Saytın Planlaşdırılması və Dizaynı : İdeyalarınız əsasında saytın konseptinin hazırlanması. Müasir, mobil uyğun və istifadəçi dostu dizayn. 2. Texniki Qurulum: Domain və hosting seçimi üzrə məsləhət. WordPress və ya digər platformaların qurulması. 3. Məzmuna Dəstək: Kateqoriyaların və menyuların yaradılması. İlk bloq yazılarınızın optimallaşdırılması və yüklənməsi. 4 . SEO və Optimizasiya: Axtarış sistemləri üçün optimallaşdırma. Sürətli yüklənmə üçün texniki düzəlişlər. 5. Rəqəmsal Marketinq Məsləhətləri: Bloqunuzu sosial mediada tanıtmaq üçün strategiyalar. Analitik vasitələrlə sayt trafikinizi izləmək və artırmaq yolları. 6. Davamlı Dəstək: Texniki problemlərin həlli. Saytın inkişafı və yenilənməsi üçün mütəmadi dəstək. Bloqun funksionallığına və layihənin həcminə uyğun ol...

Sosial Media Marketinq Xidmətlərim: Biznesinizi Birlikdə tanıdaq!

Sosial Media Marketinqi (SMM ), hər bir biznes üçün uğur əldə etmək və onlayn mövcudluğunu gücləndirmək üçün vacib bir vasitədir. Mənim təqdim etdiyim SMM xidmətləri, sizin brendinizin sosial media platformalarında effektiv şəkildə tanıdılmasına, izləyicilərinizlə əlaqə qurulmasına və satışlarınızın artırılmasına kömək edir. Təklif Edilən SMM Xidmətlərim 1. Sosial Media Strategiyası Yaradılması Sizin biznesinizin ehtiyaclarına uyğun fərdi sosial media strategiyaları yaradaraq, daha geniş auditoriyaya çatmanıza dəstək oluram. Bu strategiyalar, hədəf kütlənizlə uyğunlaşaraq, brendinizin məqsədlərinə çatmasına kömək edir. 2. Məzmun Yaratma və Paylaşma Sizin sosial media hesablarınız üçün kreativ, cəlbedici və uyğun məzmunlar hazırlayıram. Məzmunun növü, şəkillər, videolar və yazılar brendinizin mesajını düzgün şəkildə çatdırır və izləyicilərinizin marağını çəkir. 3. Reklam Kampaniyalarının İdarə Edilməsi Facebook, Instagram, LinkedIn və digər sosial media platformalarında reklam kampaniya...

Mən Sonra öyrəndim-Atlaz Rzayi

Bugün sizlərlə Atlaz Rzayinin ruhumuza toxunan bu şeirini paylaşmaq istəyirəm. İtirmək, yaşamaq və ümid haqqında bu cür dərin fikirlərlə bəzənmiş misralar insanın daxilinə işıq tutur. Bəzən bir şeir insanın hiss edə bilmədiyi və sözlə ifadə edə bilmədiyi duyğulara körpü olur. Sizə də bu şeirin verdiyi təsiri hiss etməyi diləyirəm. Sizin də belə "Dost Sözləriniz" varsa, bölüşməkdən çəkinməyin. Mən elə bilirdim ölmək asanmış Yaşamaq çətinmiş tərk etsən məni. Sənin də mən qədər ürəyin yanar  Bütün varlığınla dərk etsən məni. Mən sonra öyrəndim qalanların da  Ayağı altından yer qaçmayırmış. Xəyallar yıxılıb sökülə bilər, Bir ümid divarı heç uçmayırmış. Dünyanın qapısı.pəncərəsi də  Bir danın gözüylə açıla bilir. Bəlkə də ən gözəl xoşbəxtliklərə   Bir də doğulmaqçün insanlar ölür? Səni şən mahnıtək zümzüməm ilə  Dodağım altından qoy yola salım. Qorxma əzməyəcək ayaqlarını  Qırılan o məsum- körpə xəyalım. Mən sonra öyrəndim gedənlərin də Getməyə adamı olur h...