Ana içeriğe atla

Kayıtlar

Doğmalar və Yadlar etiketine sahip yayınlar gösteriliyor

Mən Sonra öyrəndim-Atlaz Rzayi

Bugün sizlərlə Atlaz Rzayinin ruhumuza toxunan bu şeirini paylaşmaq istəyirəm. İtirmək, yaşamaq və ümid haqqında bu cür dərin fikirlərlə bəzənmiş misralar insanın daxilinə işıq tutur. Bəzən bir şeir insanın hiss edə bilmədiyi və sözlə ifadə edə bilmədiyi duyğulara körpü olur. Sizə də bu şeirin verdiyi təsiri hiss etməyi diləyirəm. Sizin də belə "Dost Sözləriniz" varsa, bölüşməkdən çəkinməyin. Mən elə bilirdim ölmək asanmış Yaşamaq çətinmiş tərk etsən məni. Sənin də mən qədər ürəyin yanar  Bütün varlığınla dərk etsən məni. Mən sonra öyrəndim qalanların da  Ayağı altından yer qaçmayırmış. Xəyallar yıxılıb sökülə bilər, Bir ümid divarı heç uçmayırmış. Dünyanın qapısı.pəncərəsi də  Bir danın gözüylə açıla bilir. Bəlkə də ən gözəl xoşbəxtliklərə   Bir də doğulmaqçün insanlar ölür? Səni şən mahnıtək zümzüməm ilə  Dodağım altından qoy yola salım. Qorxma əzməyəcək ayaqlarını  Qırılan o məsum- körpə xəyalım. Mən sonra öyrəndim gedənlərin də Getməyə adamı olur h...