Bugün sizlərlə Atlaz Rzayinin ruhumuza toxunan bu şeirini paylaşmaq istəyirəm. İtirmək, yaşamaq və ümid haqqında bu cür dərin fikirlərlə bəzənmiş misralar insanın daxilinə işıq tutur. Bəzən bir şeir insanın hiss edə bilmədiyi və sözlə ifadə edə bilmədiyi duyğulara körpü olur. Sizə də bu şeirin verdiyi təsiri hiss etməyi diləyirəm. Sizin də belə "Dost Sözləriniz" varsa, bölüşməkdən çəkinməyin. Mən elə bilirdim ölmək asanmış Yaşamaq çətinmiş tərk etsən məni. Sənin də mən qədər ürəyin yanar Bütün varlığınla dərk etsən məni. Mən sonra öyrəndim qalanların da Ayağı altından yer qaçmayırmış. Xəyallar yıxılıb sökülə bilər, Bir ümid divarı heç uçmayırmış. Dünyanın qapısı.pəncərəsi də Bir danın gözüylə açıla bilir. Bəlkə də ən gözəl xoşbəxtliklərə Bir də doğulmaqçün insanlar ölür? Səni şən mahnıtək zümzüməm ilə Dodağım altından qoy yola salım. Qorxma əzməyəcək ayaqlarını Qırılan o məsum- körpə xəyalım. Mən sonra öyrəndim gedənlərin də Getməyə adamı olur h...
Qısa Hekayələr Yazarı & SMM °Salam, bloquma xoş gəlmisiniz! Hekayələr yazmaq və sosial mediada insanlara ilham vermək mənim həm həvəsim, həm də peşəmdir. Bu blogda sizə hekayələrimi və sosial media ilə bağlı yenilikləri təqdim edəcəm. Gəlin, birlikdə öyrənək, paylaşaq və inkişaf edək!