Ana içeriğe atla

Kayıtlar

TəyyarəQəzası etiketine sahip yayınlar gösteriliyor

Qara Gecənin Sirri-Rüfət Abbasov

Dekabrın 25-i. Bakı aeroportunda bir qrup insan öz yaxınlarını yola salırdı. Hər kəs təyyarənin mühərrik səsinə qarışan vidalaşma sözləri ilə ayrılırdı. Eyni zamanda, təyyarə göyərtəsində olan 67 nəfər ümidlər və qorxularla dolu yola çıxmağa hazırlaşırdı. Təyyarə havaya qalxdı. Hər şey adi görünürdü – sakit kabin, sərnişinlər arasında gündəlik söhbətlər, pəncərədən görünən parlaq ulduzlar. Amma havada qeyri-adi bir gərginlik vardı, sanki gecənin içində bir sirr gizlənmişdi. Qroznıya yaxınlaşan zaman duman qalınlaşdı, pilot marşrutu dəyişərək Aktauya yönəldi. Kabinada olan sərnişinlər bir-birinə baxıb sakit qalmağa çalışırdılar, amma gərginlik artırdı. Bir anlıq səssizlikdən sonra kabinaya pilotun səsi yayıldı: Hörmətli sərnişinlər, təhlükəsizlik səbəbindən Aktauya enirik. Narahat olmayın, hər şey nəzarət altındadır. Amma çox keçmədi ki, təyyarənin gövdəsində qorxunc bir partlayış baş verdi. Təyyarə sarsıldı, insanlar çığırmağa başladı. Maskalar aşağı düşdü. Pilotlar nə qədər çalışsalar...