Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur Ustac 1975-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər 2019-2020-ci təris ilindən etibarən məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq olunur.. Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isə Yazarlar. az saytı idarəçiliyindədir. Zaur Ustacın əsərlərinin 2011-ci...
Qısa Hekayələr Yazarı & SMM °Salam, bloquma xoş gəlmisiniz! Hekayələr yazmaq və sosial mediada insanlara ilham vermək mənim həm həvəsim, həm də peşəmdir. Bu blogda sizə hekayələrimi və sosial media ilə bağlı yenilikləri təqdim edəcəm. Gəlin, birlikdə öyrənək, paylaşaq və inkişaf edək!