Ana içeriğe atla

Zaur Ustac: Vətənə həsr olunmuş ömür


Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur Ustac 1975-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər 2019-2020-ci təris ilindən etibarən məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq olunur.. Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isə Yazarlar. azsaytı idarəçiliyindədir. Zaur Ustacın əsərlərinin 2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və təhlükəsiz portalda pulsuz yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir. Zaur Ustac yaradıcılığı Ana dilimizdə oxuyub, anlamağı bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır. Biz də Zaur Ustaca yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!

(Arazın o tayında bayrağımız dalğalanıb)

Üstündən yüz Araz axsın, Torpaq, bizim torpağımız!!! Güney, Quzey fərq eləməz, Oylaq, bizim oylağımız!!!

Axışı lal, susur Araz, Mil, Muğanı yorur ayaz, Kərkükdən ucalır avaz, Oymaq, bizim oymağımız!!!

Göyçə dustaq, Urmu ağlar, Yaşmaq düşər, börü ağlar, Qaşqayda bir hürü ağlar, Papaq, bizim papağımız!!!

Dörd bir yanın qarabağlı, Dəmir qapı çoxdan bağlı, Bir ağacıq qol, budaqlı, Yarpaq, bizim yarpağımız!!!

Ustac boşa deməz əlbət; -“Sərhədinə elə diqqət”, Bu kəlamda var bir hikmət, Sancaq bizim sancağımız!!!

ARAZ

Halına acıdım lap əzəl gündən, Bu qədər qınanır bilmirəm nədən, Arazı heç zaman qınamadım mən, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz!

Sarıyıb Yurdumun şırım yarasın, Açmayıb, bağlayıb qardaş arasın, İndi mən qınayım bunun harasın? Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz!

Çəkib acıları, yığıb suyuna, Sakitdir, bələddir hamı huyuna, O da qurban gedib fitnə, oyuna, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz!

Xudafərin qucaqlayan qoludur, Keçidləri salam deyən əlidir, Bayatılar pöhrələyən dilidir, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz!

O tayda çifayda deyir Şəhriyar, Bu tayda dardadır indi Bəxtiyar, Yarını gözləyir hər gün Lütfiyar, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz!

NADANLIQ

Urmu axan göz yaşımdı, Yanağımda duz olubdu… Urmu, Urmu söyləməkdən Bağrım başı köz olubdu…

Şümürə lənət deyənlər Susuz qoyubdu dindaşın… İnsan insana qənimdi, Günahı nə dağın, daşın?

Savalanı dərd qocaltdı, Murov soyuqdan üşüyür… Araz sükütun pozmayır, Kür əlçatana döşüyür…

Dəmir Qapım pas atıbdı, Neçə körpüdən keçmirik… Kərkük, Mosul unudulub, Bağdada iraq demirik…

Nəsimi nəşi Hələbdə, Füzuli hərəmdə qalıb… Babəkin ruhu sərgərdan, Bəzz qalasın duman alıb…

Suyumu daşla boğurlar, Daşımı suyla yuyurlar… Xudafərin, Urmu incik, Bizləri bizsiz qoyurlar…

Şah babam yol ortasında, Koroğlu göylərdə gəzir… Bizi, bizdən ayrı salan Nadanlıq ruhumu əzir…

MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM

Qutlu zəfər sancağım, Sancılmağa yer gəzir! Alınası öcüm çox, Bu gün ruhumu əzir!

Dərbəndi, Borçalını Unuduruq həmişə… Kərkük, Mosul bağrı qan, Boyun əyib gərdişə…

Yudumun dörd bir yanın Hürr görmək istəyirəm! Şanlı zəfər tuğuma Zər hörmək istəyirəm!

İrəvan peşkəş olub Beş sətirlik kağızla… Zəngəzuru naxələf Verib quru ağızla…

Bədnam Araz illərdir Olub qargış yiyəsi… Top doğrayan qılıncın O taydadır tiyəsi…

İstəyirəm bu bayraq Dalğalansın Təbrizdə! Urmuda üzsün balıq, Sanki üzür dənizdə…

Xoyda, Mərənddə bir gün, Olum qonaq üzü ağ. Ərdəbilə, Tehrana Qurulmasın ta duzaq…

Qarsdan, Ağrıdan baxım, Qaşqayadək görünsün! Qapıcıqdan, Qırxqıza Ağ dumanlar sürünsün!

Bu arzular həyata Keçməsə, mən heç nəyəm! Neynim, mayam belədir, Mən zəfərə təşnəyəm!!!

SEVİN, A TƏBRIZ!

Zəfər libasında sevinc göz yaşı, Hər iki sahildə dayanıb ərlər! Ayrılıq atəşi elə qarsıyıb, İçərək qurudar Arazı nərlər!

Göylərdən boylanır Tomris anamız, Əlində qan dolu o məşhur tuluq! Xain yağıların bağrı yenə qan, Canı əsməcədə, işləri şuluq…

Uşaqdan böyüyə hamı əmindir, Tarix səhnəsində yetişib zaman! Bu dəfə biryolluq bitəcək söhbət, Nə güzəşt olacaq, nə də ki, aman!

İllərdir həsrətdən gözləri nəmli, Mamırlı daşların gülür hər üzü! Neçə qərinədir qalmışdı çılpaq, Yamyaşıl çayırla gəlib bu güzü!

Al donun geyinir Günəş hər səhər, Səmamız masmavi, göy üzü təmiz! Duman da yox olub, itib buludlar, Gözün aydın olsun, sevin, a Təbriz!

ÜÇ QARDAŞ

(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)

Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!

Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!

Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!

USTACAM

Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam!

Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam!

Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam!

Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam!

Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam!

Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam!

Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!

DAĞLAR

(Dağlara xitabən üçüncü şeir)

Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!

Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!

Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!

Xətai qırmadı könül bağını, Nadir unutmadı hicran dağını, İlhamın silahı əzdi yağını, Dəmirdən yumruğun mübarək, dağlar!

Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!

Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!

Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!


Tuncay 

Tuncayın timsalında !!!)


Tanrı tutub, ağ torpaqdan mayanı,

Gündoğandan Günbatana sənindi!

Nişan verib, yeddi günlük Ayını

Əksi düşən tüm torpaqlar sənindi


Xəzəri ortaya düz qoyub nişan,

Boynuna dolanan Hilal sənindi!

Ən uca zirvələr, ən dərin göllər

Ormanlar, dəryalar, düzlər sənindi!


Tanrının payıdı, lütf edib sənə,

Tanrıya sarsılmaz inam sənindi!

Ataya, Anaya, qocaya hörmət

Sirdaşa sədaqət, güvən sənindi!


Zamanla hökm etdin tüm yer üzünə

Hakimiyyət sənin, höküm sənindi!

Aman istəyəni kəsmədin heç vaxt,

Ən böyük ədalət, güzəşt sənindi!


Unutma ki, lap binədən belədi,

Mərhəmətli, yuxa ürək sənindi!

Xilas etdi, bağışladı ənamlar,

Yamana yaxşılıq, ancaq sənindi!


Döyüşdə, düşməni alnından vuran,

Süngüsü əlində ərlər sənindi!

Savaşda, uçağı kəməndlə tutan,

Qüvvəsi qolunda nərlər sənindi!


Dəli-dolu Türk oğullar cahana

Bəxş etdiyi şərəfli ad sənindi!

Adı gəlsə, yeri-göyü titrədən

Qorxu bilməz, şanlı əsgər sənindi!


Çöldə simgə etdin Qurdu sancağa,

Kəhər Atın ən yaxşısı sənindi!

Ay-yıldızı nişan tikdin Bayrağa,

Zəkalar, dühalar tümü sənindi!


Tutduğun yol tək Tanrının yoludu,

Aydın zəka, tər düşüncə sənindi!

Çoxu deyir, tay dünyanın sonudu,

Fəqət bilməz, yeni dünya sənindi!!!



ANA DİLİM


Bu şipşirin Ana dilim,

Həm də qutlu sancağımdır!

Min illərdir Ata Yurdun

Sərhədini bəlirləyir…

Ta Şumerdən üzü bəri,

Dədəm Qorqud öyüd verib,

Şah İsmayıl fərman yazıb,

Qoç Koroğlu nərə çəkib…

Ulu Babəkin fəryadı,

Füzulinin ah-naləsi,

Nəsimin şah nidası,

Bu dildədir!!!

Bu dil, Tomrisin dilidir;

Layla deyib,

Hökm verib…

Min illərdir Ata Yurdun

Sərhədinin keşiyində

Əsgər kimi durub, bu dil!!!

Ana dilim həm əsgərdir,

Həm də sərhəd!!!

Toxunulmaz bir tabudur!!!

19.02.2023. Bakı.


Əsas Səhifə   Bloq-Sayt Xidməti


Şeirdən-Mahnıya Xidməti  SMM Xidməti



Zaur Ustacın yaradıcılığı haqqında Bəs Siz nə düşünürsüz? 



 



Yorumlar

Bu blogdaki popüler yayınlar

Ömrün Nağılı :Gülər Natiq İsaqzadədən incə bir şeir

Bəzən duyğularımızı sözlərlə ifadə etmək çətindir. Gülər Natiq İsaqzadə isə bu çətinliyi məharətlə aşan şairlərdəndir. Onun "Ömrünü uzatmağa gəlmişdim mən bəlkə də" misrasıyla başlayan bu əsəri, insanın daxili dünyasını, hisslərin incəliyini və tənhalığın sükutla danışan səsini ustalıqla əks etdirir. Bu şeirdə xatirələrin xiffəti, sevgiyə həsrət qalan ürəyin çırpıntıları və həyatın öz içindəki qəribə ahəngi var. Hər misra oxucunu öz dünyasına çəkir və hər kəs bu sözlərin içində özünü tapa bilər. Şairənin yaratdığı bu duyğusal atmosferi hiss etmək üçün şeiri oxuyun, xatirələrinizə səyahət edin və sətir aralarındakı pıçıltılara qulaq asın „Ömrünü uzatmağa gəlmişdim mən bəlkə də“... Asılar yaddaşından gilənar tana kimi Ovuclarına körpə xatirələr yığılar.  Oyadarsan xəfifcə səhər azana kimi Sanki illlərdi yatmış bir duyğu səndən küsər... Saçının dalğaları barmağına dolanar, Bu sərt havaların da acığına gün doğar. Düyünlü nə urdusa, sinəndə durulanar, Kəsik-kəsik nəfəsin hıçqırıql...

Şeirləriniz Danışsın,Oxusun,İzlənilsin!

Sözləriniz təkcə kağızda qalmasın… Şeirlərinizi unudulmaz musiqiyə, peşəkar səsləndirməyə və xüsusi video kliplərə çeviririk! İstər sevgi, istər dərd, istər ilham dolu misralar – biz onları duyğulu və sənətkarlıqla dolu əsərlərə çeviririk. Təklif etdiyimiz xidmətlər: Şeirin Mahnıya Çevrilməsi (bəstə və vokal) – 30 AZN Peşəkar Səsləndirmə (səs aktyoru ilə) – 15 AZN Şeirə Uyğun Video Hazırlanması (vizual montaj və dizayn) – 10 AZN Xüsusi təklif : Facebook dostlarıma xüsusi ENDİRİM fürsəti! -- Nümunə üçün youtube səhifələrimizə göz atın!  Şeirlərin Səsləndirməsi Şeirdən Mahnıya Playlist Ödəniş xidmətin başlanmasından əvvəl alınır, Siz də öz şeiriniz rəng qatmaq istəyirsizsə,sadəcə  Mənimlə Əlaqə Saxla   Əsas Səhifə   SMM Xidmətləri   Şeirdən-Mahnıya Xidməti    Bloq-Saytların hazırlanması Mənimlə Əlaqə Saxla!

Peşəkar Bloq Saytı Xidmətləri – Fərqli Paketlər və Uyğun Qiymətlər"

 Bloq yaratmaq istəyənlər üçün peşəkar xidmətlər təklif edirik! Bloq saytınızın həm funksional, həm də estetik cəhətdən mükəmməl olması üçün bütün mərhələlərdə dəstək veririk. Xidmətə aşağıdakılar daxildir: 1. Saytın Planlaşdırılması və Dizaynı : İdeyalarınız əsasında saytın konseptinin hazırlanması. Müasir, mobil uyğun və istifadəçi dostu dizayn. 2. Texniki Qurulum: Domain və hosting seçimi üzrə məsləhət. WordPress və ya digər platformaların qurulması. 3. Məzmuna Dəstək: Kateqoriyaların və menyuların yaradılması. İlk bloq yazılarınızın optimallaşdırılması və yüklənməsi. 4 . SEO və Optimizasiya: Axtarış sistemləri üçün optimallaşdırma. Sürətli yüklənmə üçün texniki düzəlişlər. 5. Rəqəmsal Marketinq Məsləhətləri: Bloqunuzu sosial mediada tanıtmaq üçün strategiyalar. Analitik vasitələrlə sayt trafikinizi izləmək və artırmaq yolları. 6. Davamlı Dəstək: Texniki problemlərin həlli. Saytın inkişafı və yenilənməsi üçün mütəmadi dəstək. Bloqun funksionallığına və layihənin həcminə uyğun ol...