Ana içeriğe atla

Kayıtlar

kimlik axtarışı etiketine sahip yayınlar gösteriliyor

Tik-tokun şirin tələsi-Rüfət Abbasov

Rəna 21 yaşlı gənc bir qız idi. Həvəskar rəssam kimi tanınırdı və uşaqlıqdan bəri fırçası ilə xəyalını çəkirdi. Rənglərin harmoniyası onun üçün sözlərin ifadə edə bilmədiyi duyğuları çatdırmaq vasitəsi idi. Lakin bir gün, rəssamlığı ilə diqqət çəkmək məqsədilə TikTok-a qoşulmağa qərar verdi. Əvvəllər sadə və incə videolar paylaşırdı: çəkdiyi rəsm əsərləri, studiyasının sakit ab-havası... Lakin izləyicilər çox yavaş-yavaş artırdı. O, dostlarının məsləhəti ilə yeni, daha "trend" məzmun hazırlamağa başladı. Məşhur rəqslər, mahnılar, gündəm olan səslər... Onun paylaşımlarına şir simvolları ilə "hədiyyələr" göndərən izləyicilər çoxalırdı. Bu "şir"lər ona pul qazandırırdı. Bir gün bir izləyicisi ona mesaj yazdı: "Rəna xanım, sizin rəqsləriniz möhtəşəmdir. Mən sizin böyük pərəstişkarınızam. Gəlin sizi otelə çay içməyə dəvət edim. Şir göndərəcəm!" Rəna tərəddüd etdi, lakin qəbul etdi. Otel dəvəti onun üçün sadəcə bir təcrübə kimi görünürdü. Axşam saatlar...