Ana içeriğe atla

Tik-tokun şirin tələsi-Rüfət Abbasov

Rəna 21 yaşlı gənc bir qız idi. Həvəskar rəssam kimi tanınırdı və uşaqlıqdan bəri fırçası ilə xəyalını çəkirdi. Rənglərin harmoniyası onun üçün sözlərin ifadə edə bilmədiyi duyğuları çatdırmaq vasitəsi idi. Lakin bir gün, rəssamlığı ilə diqqət çəkmək məqsədilə TikTok-a qoşulmağa qərar verdi.

Əvvəllər sadə və incə videolar paylaşırdı: çəkdiyi rəsm əsərləri, studiyasının sakit ab-havası... Lakin izləyicilər çox yavaş-yavaş artırdı. O, dostlarının məsləhəti ilə yeni, daha "trend" məzmun hazırlamağa başladı. Məşhur rəqslər, mahnılar, gündəm olan səslər... Onun paylaşımlarına şir simvolları ilə "hədiyyələr" göndərən izləyicilər çoxalırdı. Bu "şir"lər ona pul qazandırırdı.

Bir gün bir izləyicisi ona mesaj yazdı:
"Rəna xanım, sizin rəqsləriniz möhtəşəmdir. Mən sizin böyük pərəstişkarınızam. Gəlin sizi otelə çay içməyə dəvət edim. Şir göndərəcəm!"

Rəna tərəddüd etdi, lakin qəbul etdi. Otel dəvəti onun üçün sadəcə bir təcrübə kimi görünürdü. Axşam saatlarında getdi, amma içəri girdiyi andan vəziyyətin fərqli olduğunu hiss etdi. Çay içmək əvəzinə tanımadığı adamların əhatəsində, əyləncəli və amma eyni zamanda qəribə atmosferdə idi. Hədiyyələr göndərən izləyicilər onun səmimiyyətindən sui-istifadə edir, onu rəqslə daha çox qazanmağa həvəsləndirirdi.

Rəna bir tərəfdən daha çox "şir" qazanmaq, izləyicilər arasında populyar olmaq istəyirdi. Amma digər tərəfdən, onun rəssam ruhu bu həyatdan sıxılırdı. Axırda rəsm əsərlərinə toxunmamağa başladı. TikTokun sürətli şirinliyinə qapılmışdı. O, artıq istedadını deyil, öz şəxsiyyətini alçaltdığını hiss edirdi.

Bir gecə, yeni bir "canlı yayım" edərkən izləyicilərdən biri sərt bir şərh yazdı:
"Rəna, sən rəssam idin, yoxsa sadəcə bir" "şir"ə indi otel oyuncağı olmusan?!"

Bu şərh onun bütün keçmişini gözünün önündə canlandırdı. Onun rəssamlığı, xəyal gücü, fırçası... Hamısı yox olmaq üzrə idi. Bu, onun üçün bir siqnal oldu. O gecə yayımı dayandırdı və TikTok-u telefonundan sildi.

Ertəsi gün Rəna studiyasına qayıtdı. Fırçasını əlinə aldı və uzun müddət unutduğu bir hissi yaşadı. İlk çəkdiyi rəsmdə özü var idi – bir qəfəsdə qapalı şir. Şir ona baxaraq deyirdi:
"Sən azadsan, amma mən səni uddum."

Bu hadisədən sonra Rəna TikTok-dan uzaq durdu. O, Tik-tokun onu necə tələyə saldığını və kimliyini əlinə aldığını anlamışdı. İndi o, sosial mediyanı yalnız sənətini paylaşmaq və həqiqi kimliyini qorumaq üçün istifadə edirdi. "Şir"lər artıq onun üçün bir hədəf deyildi. Onun hədəfi yenidən öz sənətində azad olmaq idi... 

Rüfət Abbasovun qələmindən... 





Yorumlar

Bu blogdaki popüler yayınlar

Ömrün Nağılı :Gülər Natiq İsaqzadədən incə bir şeir

Bəzən duyğularımızı sözlərlə ifadə etmək çətindir. Gülər Natiq İsaqzadə isə bu çətinliyi məharətlə aşan şairlərdəndir. Onun "Ömrünü uzatmağa gəlmişdim mən bəlkə də" misrasıyla başlayan bu əsəri, insanın daxili dünyasını, hisslərin incəliyini və tənhalığın sükutla danışan səsini ustalıqla əks etdirir. Bu şeirdə xatirələrin xiffəti, sevgiyə həsrət qalan ürəyin çırpıntıları və həyatın öz içindəki qəribə ahəngi var. Hər misra oxucunu öz dünyasına çəkir və hər kəs bu sözlərin içində özünü tapa bilər. Şairənin yaratdığı bu duyğusal atmosferi hiss etmək üçün şeiri oxuyun, xatirələrinizə səyahət edin və sətir aralarındakı pıçıltılara qulaq asın „Ömrünü uzatmağa gəlmişdim mən bəlkə də“... Asılar yaddaşından gilənar tana kimi Ovuclarına körpə xatirələr yığılar.  Oyadarsan xəfifcə səhər azana kimi Sanki illlərdi yatmış bir duyğu səndən küsər... Saçının dalğaları barmağına dolanar, Bu sərt havaların da acığına gün doğar. Düyünlü nə urdusa, sinəndə durulanar, Kəsik-kəsik nəfəsin hıçqırıql...

Şeirləriniz Danışsın,Oxusun,İzlənilsin!

Sözləriniz təkcə kağızda qalmasın… Şeirlərinizi unudulmaz musiqiyə, peşəkar səsləndirməyə və xüsusi video kliplərə çeviririk! İstər sevgi, istər dərd, istər ilham dolu misralar – biz onları duyğulu və sənətkarlıqla dolu əsərlərə çeviririk. Təklif etdiyimiz xidmətlər: Şeirin Mahnıya Çevrilməsi (bəstə və vokal) – 30 AZN Peşəkar Səsləndirmə (səs aktyoru ilə) – 15 AZN Şeirə Uyğun Video Hazırlanması (vizual montaj və dizayn) – 10 AZN Xüsusi təklif : Facebook dostlarıma xüsusi ENDİRİM fürsəti! -- Nümunə üçün youtube səhifələrimizə göz atın!  Şeirlərin Səsləndirməsi Şeirdən Mahnıya Playlist Ödəniş xidmətin başlanmasından əvvəl alınır, Siz də öz şeiriniz rəng qatmaq istəyirsizsə,sadəcə  Mənimlə Əlaqə Saxla   Əsas Səhifə   SMM Xidmətləri   Şeirdən-Mahnıya Xidməti    Bloq-Saytların hazırlanması Mənimlə Əlaqə Saxla!

Peşəkar Bloq Saytı Xidmətləri – Fərqli Paketlər və Uyğun Qiymətlər"

 Bloq yaratmaq istəyənlər üçün peşəkar xidmətlər təklif edirik! Bloq saytınızın həm funksional, həm də estetik cəhətdən mükəmməl olması üçün bütün mərhələlərdə dəstək veririk. Xidmətə aşağıdakılar daxildir: 1. Saytın Planlaşdırılması və Dizaynı : İdeyalarınız əsasında saytın konseptinin hazırlanması. Müasir, mobil uyğun və istifadəçi dostu dizayn. 2. Texniki Qurulum: Domain və hosting seçimi üzrə məsləhət. WordPress və ya digər platformaların qurulması. 3. Məzmuna Dəstək: Kateqoriyaların və menyuların yaradılması. İlk bloq yazılarınızın optimallaşdırılması və yüklənməsi. 4 . SEO və Optimizasiya: Axtarış sistemləri üçün optimallaşdırma. Sürətli yüklənmə üçün texniki düzəlişlər. 5. Rəqəmsal Marketinq Məsləhətləri: Bloqunuzu sosial mediada tanıtmaq üçün strategiyalar. Analitik vasitələrlə sayt trafikinizi izləmək və artırmaq yolları. 6. Davamlı Dəstək: Texniki problemlərin həlli. Saytın inkişafı və yenilənməsi üçün mütəmadi dəstək. Bloqun funksionallığına və layihənin həcminə uyğun ol...