Bugün sizlərlə Atlaz Rzayinin ruhumuza toxunan bu şeirini paylaşmaq istəyirəm. İtirmək, yaşamaq və ümid haqqında bu cür dərin fikirlərlə bəzənmiş misralar insanın daxilinə işıq tutur. Bəzən bir şeir insanın hiss edə bilmədiyi və sözlə ifadə edə bilmədiyi duyğulara körpü olur.
Sizə də bu şeirin verdiyi təsiri hiss etməyi diləyirəm. Sizin də belə "Dost Sözləriniz" varsa, bölüşməkdən çəkinməyin.
Mən elə bilirdim ölmək asanmış
Yaşamaq çətinmiş tərk etsən məni.
Sənin də mən qədər ürəyin yanar
Bütün varlığınla dərk etsən məni.
Mən sonra öyrəndim qalanların da
Ayağı altından yer qaçmayırmış.
Xəyallar yıxılıb sökülə bilər,
Bir ümid divarı heç uçmayırmış.
Dünyanın qapısı.pəncərəsi də
Bir danın gözüylə açıla bilir.
Bəlkə də ən gözəl xoşbəxtliklərə
Bir də doğulmaqçün insanlar ölür?
Səni şən mahnıtək zümzüməm ilə
Dodağım altından qoy yola salım.
Qorxma əzməyəcək ayaqlarını
Qırılan o məsum- körpə xəyalım.
Mən sonra öyrəndim gedənlərin də
Getməyə adamı olur həyatda.
Nə olsun doğmalar ögeyləşirlər
Bir gün doğma olur başqa bir yad da .
Şair, Publisist, "Sətirlər" kitabının müəllifi Atlaz Rzayinin qələmindən
Sizcə, gedənlərin yerini doldura biləcək yad insanlar həqiqətən var, yoxsa bu, yalnız zamanla yaranan bir xəyaldır?
Yorumlar
Yorum Gönder